Rusiya Ukraynanın dörd artilleriya batareyasını məhv ETDİ

21:37 - 04 May 2022

Rusiya Ukraynanın dörd artilleriya batareyasını məhv ETDİ

Rusiya aviasiyası gün ərzində Ukrayna qoşunlarının canlı qüvvəsinin cəmləşdiyi 97 əraziyə zərbə endirib.

Manşet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, gün ərzində dörd artilleriya batareyası, Mirnaya Dolina ərazilərində üç sursat anbarı, eləcə də Popasnaya qəsəbəsi ərazisində ABŞ istehsalı olan əks batareya radarı Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri ilə məhv edilib.

Bundan əlavə, Konaşenkov qeyd edib ki, Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 77 ərazini vurub. Nəticədə 310 ukraynalı hərbçi ölüb və 36 ədəd hərbi texnika məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az