Almaniya hər il xaricdən 400 min ixtisaslı işçi cəlb etmək istəyir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Azad Demokratik Partiyasının (FDP) Parlament Qrupunun sədri Kristian Dürr federal hökumət Almaniya iqtisadiyyatında ixtisaslı işçi çatışmazlığını doldurmaq üçün immiqrasiya siyasətini tez bir zamanda nəzərdən keçirmək istədiyini deyib.
Dürr Almaniyanın qocalmış “işçi problemi”nin ancaq müasir immiqrasiya siyasəti ilə nəzarət altına alına biləcəyini vurğulayıb:
"İxtisaslı kadr çatışmazlığı o qədər ciddiləşib ki, iqtisadiyyatımızı xeyli ləngidir. Xaricdən gələn 400 min ixtisaslı işçi sayına ən qısa zamanda çatmalıyıq”.