Ukraynada kimyəvi maddələr olan anbar vuruldu: Sakinlərdən pəncərələri bağlamaq istənildi - FOTO

17:50 - 11 May 2022

Ukraynada kimyəvi maddələr olan anbar vuruldu: Sakinlərdən pəncərələri bağlamaq istənildi - FOTO

Ukraynanın Donetsk vilayətində, Kramatorsk şəhəri yaxınlığında Rusiya ordusunun hərbi əməliyyatları nəticəsində ammonium nitrat olan anbar zədələnib.

 

Manset.az xəbər verir ki, bu barədə Slavyanskaya şəhər hərbi-mülki administrasiyası məlumat yayıb.

Bildirilir ki, sakinlərin həyatı üçün birbaşa təhlükə yoxdur.

Lakin şəhər hərbi idarəsinin rəhbərliyi açıq havada qalmağı məhdudlaşdırmağı və bir günlük pəncərələri bağlamağı xahiş edir.

Bununla bağlı yayılan kadrlarda havada narıncı buludun yayıldığı görünür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az