Huşunu itirən sürücünün maşınını vətəndaşlar saxladı – video

10:47 - 13 May 2022

Huşunu itirən sürücünün maşınını vətəndaşlar saxladı – video

ABŞ-nin Florida ştatında bir sürücünün sükan arxasında halı pisləşdiyi üçün avtomobilin idarəetməsini itirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qadının sükan arxasında halı pisləşib. 

Onun başqa maşındakı iş yoldaşı vəziyyəti anlayıb və köməyə qaçıb.

Dostunun köməyinə qaçan qadın hərəkətdə olan avtomobili saxlamağa çalışıb və digər sürücülərdən kömək istəyib.

Digər sürücülər də müdaxilə edərək maşını dayandırıblar.

Qısa müddətdən sonra qapılar açılıb və qadın heç bir reaksiya vermədiyi üçün avtomobil təhlükəsiz yerə çəkilib.

Sonra huşunu itirən qadın yavaş-yavaş özünə gəlib.

Hazırda onun səhhətinin yaxşı olduğu bildirilib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az