Hindistanda nəvə sahibi olmaq istəyən valideynlər 6 illik evli olan övladlarını və gəlinlərini məhkəməyə verib 650 min dollar təzminat tələb ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iddianın ilk məhkəməsi mayın 17-də keçiriləcək.
61 və 57 yaşlı Sanjeev və Sadhana Prasand cütlüyü gələn ilə qədər nəvələri olmazsa, oğullarından 650 min dollara yaxın təzminat tələb ediblər.