Rusiya Ukraynaya 2 mindən çox raket atıb

08:41 - 15 May 2022

Rusiya Ukraynaya 2 mindən çox raket atıb

Rusiya genişmiqyaslı müharibə başlayandan indiyədək Ukraynaya azı 2 100 raket atıb.

Manset.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Sergey Kislitsa Təhlükəsizlik Şurasının iclasında bildirib.

Monitorinq qrupunun məlumatına görə, müharibə başlayandan təkcə Belarus ərazisindən azı 633 döyüş başlığı buraxılıb.

Bundan əvvəl bildirilib ki, hazırda Rusiya gəmiləri Qara dənizdə tam döyüş hazırlığındadır. Ümumilikdə onların göyərtəsində 30 qanadlı raket var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az