Bu şəhərdə generalın korteji partladıldı

17:30 - 15 May 2022

Bu şəhərdə generalın korteji partladıldı

Yəmənin hökumət qüvvələrinin komandanlarından birinin korteji ölkənin müvəqqəti paytaxtı Ədən şəhərində hücuma məruz qalıb.

Bu barədə Manset.az “Əl-Ərəbiyə”yə istinadən xəbər verir.

Belə ki, kamikadze avtomobil karvanının keçdiyi yolda minalanmış avtomobili partladıb. Kortejdə olan nəqliyyat vasitələrinin birində 4-cü hərbi dairənin birgə əməliyyatlarının komandanı general Saleh Əli Həsən olub.

2012-ci ildən bu vəzifəni tutan general xəsarət almayıb. Onun mühafizəçiləri arasında yaralıların olması barədə xəbərlər var, lakin bu da hələ təsdiqini tapmayıb. Bu, son iki ayda Ədəndə üçüncü belə hadisədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az