3 min dərəcə temperatur yaradan mərmilərlə atəşə tutuldu - Rusiyanın "Azovstal" HÜCUMU

20:01 - 15 May 2022

3 min dərəcə temperatur yaradan mərmilərlə atəşə tutuldu - Rusiyanın \"Azovstal\" HÜCUMU

Rusiya Ordusu mayın 14-də "Azovstal" poladəritmə zavodunu 3 min dərəcə temperatur yaradan mərmilərlə atəşə tutub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Ofisi məlumat yayıb.

Ukrayna Baş Prokurorluğu beynəlxalq humanitar hüquqa əsasən, bu mərmilərdən istifadənin qadağan olunduğunu, Azovstal" belə mərmilərlə atəşə tutulmasının açıq mənbələrdə təsdiqini tapdığını bildirib.

Ukrayna Baş Prokurorluğu faktla bağlı cinayət işi açıb.

Qeyd edək ki, "Azovstal"-da yeraltı bunkerlərdə 600-ü yaralı olmaqla, 1000-ə qədər Ukrayna hərbçisi olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az