“Avroviziya” Rusiyada keçiriləcək – Simonyan güldürdü

13:19 - 17 May 2022

“Avroviziya” Rusiyada keçiriləcək – Simonyan güldürdü

Kremlin erməni əsilli təbliğatçılarından olan jurnalist Marqarita Simonyanın “Avroviziya” musiqi yarışması ilə bağlı paylaşımı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

 

Manset.az Kult.az-a istinadən xəbər verir ki, yarışmanın nəticələri elan edildikdən sonra Simonyan öz Teleqram hesabında belə yazıb:

“Gələn il “Avroviziya” Rusiyada keçiriləcək”.

Simonyanın bununla bütün Ukraynanın işğal ediləcəyini nəzərdə tutması səbəbindən əks reaksiyalar özünü çox gözlətməyib. Bəziləri Simonyana xatırladıb ki, Rusiyanın “Avroviziya”da təmsilçiliyinə son qoyulub, digərləri isə Marqaritanın fikirlərini “marazm” adlandırıblar və bu cür işğal mesajlarının səsləndirilməsinə son qoyulmasına çağırıblar.

Qeyd edək ki, builki “Avroviziya”nın qalibi 631 xalla Ukrayna seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az