Rusiya diplomatlarını ölkədən çıxaran Avropa ölkələrinə qarşı cavab tədbirləri davam etdirir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Moskva bu gün Fransa və İspaniya diplomatlarını persona non-qrata elan edib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Fransa səfirliyi və digər nümayəndəliklərdə çalışan 34 diplomat deportasiya edilib.
Həmin gün 27 ispan diplomatdan bir həftə ərzində Rusiyanı tərk etmələri tələb olunub.