Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi - FOTO

13:19 - 19 May 2022

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi - FOTO

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin (MTX) kapitanı intihar edib.

 

Manset.az xəbər verir ki, məlumata görə, hadisə İrəvanda qeydə alınıb. Belə ki, bu gün səhər saat 4 radələrində paytaxt ərazilərinin birinin həyətində kişi meyitinin tapılması barədə polis idarəsinə məlumat daxil olub.

Məlum olub ki, ölən 32 yaşlı Mamikon O.-dur.

İlkin məlumata görə, kişi özünü binanın 6-cı mərtəbəsindən atıb. 

Ölən şəxsin MTX-də kapitan rütbəsində olduğu vurğulanıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, ekspertizalar təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az