Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”

16:20 - 19 May 2022

Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”

“Britaniyalı siyasətçilər Ukrayna böhranının diplomatik yolla həllinə mane olurlar”.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

“Baş nazir Boris Conson, xarici işlər naziri Liz Trass və müdafiə naziri Ben Uolles Ukraynadakı münaqişənin köməkliyi ilə öz reytinqlərini yüksəltməyə çalışırlar”, - deyə məlumatda qeyd olunub.

Agentlik xatırladıb ki, Boris Consonun nüfuzu pandemiya dövründə Dauninq-stritdə hökumət iqamətgahında şənliyin keçirilməsi ilə bağlı qalmaqala görə zərər görüb: “Trass və Uolles ciddi ölkənin xarici işlər və müdafiə nazirlərini deyil, tribunalardan qışqıran futbol azarkeşlərini xatırladır”.

“Bloomberg” yazır ki, hətta Conson öz vəzifəsindən getsə, heç nə dəyişməyəcək, çünki onların tərəfdaşları öz ritorikaları ilə Baş nazirdən geri qalmırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az