NATO bu iki ölkəyə üzvlük müddətinə qədər verilə biləcək təhlükəsizlik zəmanəti ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NATO-ya üzv olmaq üçün müraciət edən İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandıran NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer, üzvlük üçün vaxt və 30 müttəfiqin razılığının olması lazım olduğunu xatırladıb.
Bauer bildirib ki, NATO-ya üzv olmaq üçün müraciət etmiş Finlandiya və İsveçə üzv olana qədərki müddət ərzində verilə biləcək təhlükəsizlik təminatları NATO Sazişinin 5-ci maddəsində olan “müttəfiqə hücum bütün ittifaqa hücum” kimi ola bilməz:
"Bu müddət ərzində iki ölkənin təhlükəsizlik zəmanətlərinin olması vacibdir. Bu təminatlar 5-ci maddədəki kimi deyil, çünki hər iki ölkə hələ üzv deyil. Hamımızın bildiyi kimi, elə ölkələr var ki, təhlükəsizlik zəmanətləri vermək üçün Finlandiya və İsveçlə danışıqlar aparıb razılaşdılar”.