Rusiya prezidenti Vladimir Putin hökumətə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük strategiyasını təhlil etməyi tapşırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin Kremlin saytında yayımlanan göstərişinə əsasən, Rusiya hökuməti ÜTT-yə üzv ölkələrin Rusiya ilə ticarət məhdudiyyətləri ilə bağlı atdığı addımları ətraflı qiymətləndirəcək.
Hökumətə həmçinin Rusiyanın bu addımlara qarşı əks addımlar barədə təkliflərini çatdırmaq və Rusiyanın ÜTT-yə üzvlük strategiyasını təhlil etmək tapşırılıb.