62 yaşlı ukraynalı Aleksandr Şelipovun qətlində təqsirli bilinən rus əsgəri bu gün məhkəmədə yeni ifadə verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əvvəlki ifadələrini təkrarlayaraq günahını etiraf edən Şişimarin "Bunu qəbuledilməz və cəzalandırılmalı bir hal kimi görürəm. Günahımı inkar etmirəm. İlk əmri Makeev adlı leytenant verib. Əvvəlcə onun əmrini yerinə yetirməkdən imtina etdim. O, mənə verdiyi əmri yüksək səslə və hədələyici ifadələrlə təkrarladı. Stressli vəziyyət yaranmışdı. Ukraynalı Aleksandr Şelipov davamlı olaraq qışqırırdı. Mən leytenantın əmrinə əməl etdim. Bu hadisədən sonra sağ qalmaq istədim. Döyüşmək istəmirdim. Ona görə də təslim olmaq qərarına gəldim” - deyə ifadəsində bildirib.