Miçiqanda dəhşətli QASIRĞA: Bir nəfər öldü, 40 yaralı var

11:30 - 21 May 2022

Miçiqanda dəhşətli QASIRĞA: Bir nəfər öldü, 40 yaralı var

Miçiqan ştatının Geylord şəhərində baş vermiş qasırğa nəticəsində azı bir nəfər ölüb, 40 nəfərdən çox insan xəsarət alıb.

Manset.az  TASS-a istinadən xəbər verir ki, bu barədə yerli xidmətlər məlumat yayıb.

Ştat polisi şəhərə ciddi zərər dəydiyini açıqlayıb. Aşmış ağaclar yolları bağlayıb, elektrik ötürücü xətlər qırılıb, yaşayış evləri və kommersiya binalarına zərər dəyib.

Xəsarət almış şəxslər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az