İstanbulda satıcılar arasında atışma - 7 yaralı + VİDEO

17:13 - 23 May 2022

İstanbulda satıcılar arasında atışma - 7 yaralı + VİDEO

İstanbul şəhərinin Fatih bölgəsində satıcılar arasında silahlı insident yaşanıb.

 

Manset.az “NTV”yə istinadən xəbər verir ki, atışma nəticəsində 1-i polis olmaqla 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Bildirilir ki, atışma əvvəlcədən aralarında düşmənçilik olan iki qrup arasında baş verib. Polis hadisədə şübhəli bilinən 27 nəfəri saxlayıb.

Atışma bir neçə dəqiqə ərzində davam edib və ətrafdakılar tərəfindən lentə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az