Nəhəng meteorit Yerə yaxınlaşır – NASA açıqladı

10:11 - 25 May 2022

Nəhəng meteorit Yerə yaxınlaşır – NASA açıqladı

Amerika Kosmos və Aviasiya İdarəsi (NASA) dünyanın ən hündür binası Burj Xəlifədən iki dəfə böyük olan meteoritin Yerə doğru yola düşdüyünü açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 1,8 km diametrli nəhəng asteroid 7335 (1989 JA) NASA tərəfindən "potensial təhlükəli" kimi təsnif edilib. 

Kosmik süxurların monitorinqini aparan NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzindən bildirilib ki, asteroid cümə günü təxminən saat 18:26-da Yerə ən yaxın məsafədən keçəcək.

Meteorit təxminən 4 milyon kilometr məsafədən 50 min km/saat sürətlə hərəkət edəcək.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az