Ukrayna-Rusiya müharibəsinə görə bu ölkədə fövqəladə vəziyyət elan edildi

11:20 - 25 May 2022

Ukrayna-Rusiya müharibəsinə görə bu ölkədə fövqəladə vəziyyət elan edildi

Macarıstanda yeni hökumət qurulandan dərhal sonra Ukrayna-Rusiya müharibəsi səbəbindən fövqəladə vəziyyət elan edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Macarıstanın baş naziri Viktor Orban sosial mediada verdiyi açıqlamada bildirib ki, Macarıstan hökuməti qonşu Ukraynada müharibənin yaratdığı problemlərə daha tez reaksiya vermək üçün fövqəladə səlahiyyətləri öz üzərinə götürəcək.

“Dünya iqtisadi böhranın astanasındadır” deyən Orban Macarıstanın Ukraynadakı müharibədən kənarda qalmalı və “ailələrin maliyyə təhlükəsizliyini qorumalı” olduğunu bildirib. 

O, hökumətin fövqəladə vəziyyət çərçivəsində ilk tədbirləri sabah açıqlayacağını bəyan edib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az