Sorosdan 3-cü Dünya Müharibəsi ilə bağlı QORXULU AÇIQLAMA

15:00 - 25 May 2022

Sorosdan 3-cü Dünya Müharibəsi ilə bağlı QORXULU AÇIQLAMA

Ölkələrin ictimai-siyasi sistemini nəzarətdə saxlamaq üçün hər yola əl atmağı düzgün hesab edən Corc Soros Dünya İqtisadi Forumunun keçirildiyi Davosda açıqlamalar verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Soros Rusiyanın Ukraynanı işğal etmək cəhdinin 3-cü Dünya Müharibəsinə səbəb ola biləcəyini və bunun qarşısını almağın ən yaxşı yolunun “Putin Rusiyasını məğlub etmək” olduğunu bildirib.

Macar əsilli yəhudi olan amerikalı milyarder Corc Soros Rusiyanın Ukraynaya hücumları ilə Putinin bütün məqsədlərinə çatacağına inandığını, lakin indi işğalın səhv olduğunu düşündüyünü və atəşkəslə bağlı danışıqlara hazırlaşdığını bəyan edib: 

"Amma atəşkəs əldə oluna bilməz, çünki ona etibar etmək olmaz. Putin nə qədər zəif olsa, bir o qədər gözlənilməz olacaq".

Soros avtokratik rejimin gücləndiyini, açıq cəmiyyətlərin mühasirədə olduğunu, iqtisadi çöküşün qaçılmaz olduğunu vurğulayıb.

"Ukraynadakı müharibə 3-cü Dünya Müharibəsinin başlanğıcı ola bilər və sivilizasiyamız bundan sağ çıxmaya bilər" - deyə o, əlavə edib.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az