Çin döyüş təyyarələrini sıraya düzdü – Müharibəyə hazırdır

16:03 - 25 May 2022

Çin döyüş təyyarələrini sıraya düzdü – Müharibəyə hazırdır

Rusiya bombardmançı təyyarələri ilə ABŞ-ni təhdid edən Çin ordusu 24 saat ərzində Tayvana döyüş gəmiləri və təyyarələri göndərərək rəsmi Vaşinqtona xəbərdarlıq edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ prezidenti Co Baydenin Cənubi Koreya və Yaponiyaya səfər etdiyi Asiya turu insidentsiz başa çatsa da, səfər bitən kimi bölgədə gərginlik pik həddə çatıb.

Çin bu səhər Tayvan ətrafında yeni güc nümayişinə başlayıb. 

Rəsmi media bu təlimin ABŞ və Tayvan arasında sövdələşməyə ciddi xəbərdarlıq olduğunu yazıb.

Çin Xalq Azadlıq Ordusunun Şərq Əməliyyatları Bölgəsi Komandanlığının sözçüsü Şi Yi bununla bağlı açıqlama verib:

"Bu, ABŞ və Tayvan arasındakı son gizli razılaşmaya əhəmiyyətli bir xəbərdarlıqdır. ABŞ-ın Tayvan məsələsində bir şey deyib, başqa bir şey etməsi ikiüzlülük və əbəsdir".

ABŞ lideri Bayden Yaponiyada verdiyi açıqlamada Tayvanın Çin tərəfindən hücuma məruz qalacağı təqdirdə ABŞ-nin hərbi müdaxilə və adanı müdafiə edəcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az