Beşəmlərə hamilə olduğunu düşünən qadın doğuş zamanı altıncı körpəsinin də olduğunu öyrənib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-də yaşayan Bekki və Keyt Dilli uşaq sahibi olmaq üçün 8 il gözləyiblər.
Süni mayalanma ilə hamilə qalan Keytə ultrasəsdə 5 körpəsi olacağı deyilsə də, doğuş zamanı anasının dalağının altında inkişaf edən başqa bir körpənin olduğu müəyyən edilib.
Bu vəziyyətdən şoka düşən 30 həkim körpəni dalaqdan müvəffəqiyyətlə çıxara bilib.
