Rusiya Ukraynada rus separatçılarının yaşadığı üç bölgəyə “vətəndaşlıq” verilməsi ilə bağlı qərar qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya tərəfindən tanınan və Ukraynadan birtərəfli müstəqilliyini elan edən Donbass bölgəsindəki qondarma Donetsk və Luqansk Xalq Respublikasında yaşayanların Rusiya vətəndaşlığına keçməsi ilə bağlı fərman imzalayan Putin yeni imzaladığı fərmanla bu çərçivəni genişləndirib.
Kremlin İnformasiya Xidməti tərəfindən Putinin imzası olan fərmana əsasən separatçı Donetsk və Luqansk torpaqlarında Ukraynanın Zaporojya və Xerson vilayətləri də göstərilib və bu bölgələrdə yaşayan insanların Rusiya vətəndaşlığını qəbul etmələri üçün göstərişlər verilib.
Fərmanda Putinin Rusiya vətəndaşlığına keçid prosedurlarını asanlaşdıran 24 aprel 2019-cu il tarixli qərarı və buna uyğun olaraq Ukraynanın müəyyən bölgələrində yaşayanlara Rusiya vətəndaşlığı veriləcəyi bildirilib.
Fərman bu gündən qüvvəyə minib.
Rusiyanın bu addımının bu bölgələrdə yaşayan rusiyapərəst ukraynalı separatçıları öz tərəfinə çəkmək və mümkün “Rusiya ilə əlaqə” referendumunda uğur qazanmaq üçün atıldığı düşünülür.