Seneqalda xəstəxanada yanğın: 11 körpə həlak oldu

10:07 - 26 May 2022

Seneqalda xəstəxanada yanğın: 11 körpə həlak oldu

Seneqalın Tivauan şəhərində xəstəxanada baş verən yanğında azı 11 yeni doğulmuş körpə həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə ölkə prezidenti Makki Sal “Twitter” səhifəsində məlumat verib.

“Tivauandakı xəstəxananın neonatologiya şöbəsində baş verən yanğında 11 yeni doğulmuş körpənin öldüyünü indicə ağrı və dəhşətlə öyrəndim”, - deyə o yazıb.

Dövlət başçısı həlak olan uşaqların ailələrinə başsağlığı verib.

Şəhər meriyası məlumat verib ki, üç uşaq xilas edilib. Yanğına qısaqapanma səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az