Rusiyanın batan gəminin qalıqları arasından cəsədləri toplamaq üçün əməliyyat keçirdiyi və bunun hər kəsdən gizlədildiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski Rusiya qüvvələrinin Moskva kreyserindən cəsədləri çıxarmaq üçün gizli şəkildə əməliyyat keçirdiyini iddia edib.
2 həftə davam edən xilasetmə əməliyyatına 7 gəminin qatıldığı bəyan edilib.
Açıqlamada "Əməliyyatla kreyseri tamamilə təmizlədilər. Gəmidəki bütün cəsədlər və hərbi texnika üçüncü ölkələrin əlinə keçməməsi üçün toplandı. Sonradan cəsədlərə nə olduğu bəlli deyil" deyilib.
“Daily Mail” bu əməliyyatın qəzəbli ailələr səbəbindən həyata keçirildiyini iddia edib.
Həqiqətən də, Moskva kreyserindəki əsgərlərin başına gələnlər məlum deyil.
Rusiya isə gəmi haqqında ətraflı məlumat vermir.
Mütəxəssislərin “Rusiyaya böyük zərbə” adlandırdığı hadisədə insan itkisi də qəbul edilməyib.