Rusiya lideri Vladimir Putinin müharibədə ən böyük dəstəkçilərindən biri olan Çeçenistan lideri Ramzan Kadırov yenə gündəmdədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fevralın 24-də başlayan Rusiyanın işğalı ilə Ukrayna məsələsinin tamamilə bağlandığını bildirən Kadırov, "Mən artıq Polşa ilə maraqlanıram. Ukraynadan sonra 8 saniyə ərzində nə edə biləcəyimizi göstərəcəyik" deyib.