İŞİD-in yeni lideri Əbu Həsən əl-Qureyşinin İstanbulda ələ keçirildiyi iddia edilib.
Manset.az xəbər verir ki, “Odatv”dən Toygun Atillanın verdiyi xəbərə görə, İŞİD liderinin qaldığı ev nəzarətə götürülüb. Əməliyyata şəxsən İstanbulun polis rəisi Zəfər Aktaş rəhbərlik edib.
Əbu Həsən əl-Qureyşi həm Terrorla Mübarizə, həm də Milli Kəşfiyyat Təşkilatından olan ekspertlər qrupu tərəfindən sorğu-sual edilib.
İddialara görə, yaxın günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanın İŞİD liderinin ələ keçirilməsinin təfərrüatlarını açıqlayacağı bildirilir.