Rusiya veteranlar qrupu Putinin özünün adlandırdığı “xüsusi hərbi əməliyyat”ının böyük “uğursuzluq” olduğunu bəyan edərək, Rusiyanın “qanlı müharibəyə” hazır olması lazım olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, veteranlar qrupu Putini səfərbərlik elan etməyə çağırıb.
Qrup Rusiya prezidenti Vladimir Putini Ukraynaya müharibə elan etməyə və əlavə qüvvələr səfərbər etməyə çağıraraq tövsiyələrini belə sıralayıb:
Ukrayna da daxil olmaqla NATO ölkələri ilə qonşu olan bütün regionlar daha çox səfərbər edilməlidir.
Standart hərbi xidmət müddəti bir ildən iki ilə qaldırılmalıdır.
Rusiyalı fərarilərə ölüm cəzası tətbiq edilməlidir.