Rusiya "YouTube"u TƏHDİD ETDİ

16:02 - 26 May 2022

Rusiya \"YouTube\"u TƏHDİD ETDİ

Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarovadan “YouTube”u hədələyib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zaxarova Xarici İşlər Nazirliyinin yutubda yayımladığı gündəlik mətbuat konfranslarının bloklandığını bildirib. 

O, bu vəziyyətin təkrarlanacağı təqdirdə cavab verəcəklərini bildirib:

" Bir neçə mətbuat konfransım bloklandı. Biz onlara belə dedik. Başqa bir mətbuat konfransına mane olsanız, jurnalist və ya ABŞ mediası evə gedəcək. Əgər mətbuat konfransı yenidən əngəllənərsə, hansısa şəxsin və ya media qurumunun adını çəkəcəyik, o da evə qayıdacaq".
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az