Ukrayna Prezidenti Vladimir Zelenskinin bir gün əvvəl dediyi kimi, Donbasda rusların texnika üstünlüyü 1-in 20-yə nisbətində deyil.
Manset.az xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.
“Əgər Zelenski Rusiyanın öz qoşunlarını həm şəxsi heyət, həm də texnika baxımından süni üstünlüyünü yaratmaq üçün ayrı-ayrı istiqamətlərdə cəmləşdirdiyini demək istəyirdisə, bəli, bu, reallığa uyğundur. Amma Luqansk istiqamətində texnikada belə bir üstünlük 1-in 20-yə nisbətində deyil”, - ekspert bildirib.
O bildirib ki, çox güman ki, sözügedən istiqamət Popasnaya olub.
Qeyd edək ki, Vladimir Zelenski Davosda çıxışı zamanı Rusiya ordusunun Donbasda texnika baxımından Ukrayna ordusundan 1-ə 20-yə nisbətində üstün olduğunu deyib.