Hindistanda yaşayan yaşlı cütlüyün başına gələnlər hər kəsi şoka salıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 75 yaşlı Mutyala Giricammanın koronavirusdan müalicə aldığı xəstəxanada öldüyü iddia edilib.
Qəddəyə arvadının meyitini doğma şəhərinə aparıb, orada dəfn mərasimi keçirilib.
Həyat yoldaşı Qəddəyə dəfn mərasimindən sonra evə gedəndə arvadını sağ görüb.
Şoka düşən Qəddəyə həyat yoldaşının yerinə başqa birini dəfn etdiklərini öyrəndikdə daha da şoka düşüb.
Giricamma müalicə alarkən əri Qəddəyə hər gün ona baş çəkirdi, lakin üç gündən sonra xəstəxanada onu tapa bilməyib.
Qəddəyəyə həyat yoldaşının dünyasını dəyişdiyini və ölümcül virusun yayılmasının qarşısını almaq üçün cəsəd çantasına qoyulduğu deyilib.
Eyni zamanda, ona şəxsi qoruyucu vasitələr taxmadan meyit çantasına toxunmamaq və açmamaq tövsiyə olunub.
Bir neçə gün arvadının məmləkətində yas saxlayan kişi evə qayıdarkən torpağa tapşırılan həyat yoldaşı Mutyala Giricamma ilə üzləşib.
Giricamma da həyat yoldaşının onu xəstəxanadan çıxarmaması və maraqlanmadığını düşündüyü üçün çox əsəbiləşib.
Qəddəyə və ailəsi xəstəxananın Mutyala olduğunu zənn edərək yad adamın cəsədini təhvil verdiyini biləndə dəhşətə gəliblər.
Ona verilən cəsəd çantasındakı şəxsin kimliyi hələlik məlum deyil.
Xəstəxanadan hələlik məsələ ilə bağlı açıqlama verilməyib və aidiyyatı qurumlarda səhlənkarlıq halları qeydə alınmayıb.

