Rusiya ordusu bu şəhəri nəzarətə götürdü

15:27 - 28 May 2022

Rusiya ordusu bu şəhəri nəzarətə götürdü

Donetsk vilayətinin Krasnı Liman şəhəri Rusiya ordusu tərəfindən nəzarətə götürülüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov məlumat yayıb.

Konaşenkov bəyan edib ki, ruslar havadan atılan yüksək dəqiqlikli raketlərlə Bəhmut qəsəbəsində Ukrayna ordusunun 30-cu mexanikləşdirilmiş briqadasının irəli komanda mərkəzini və Soledar qəsəbəsindəki regional müdafiə bölməsinin komanda mərkəzini vurub.

Bunlardan əlavə 5 müşahidə-komandirlik məntəqəsi, 17 hərbi hissə və texniki vasitələrin olduğu ərazi, Donetsk bölgəsindəki Mironovka, Bəhmut və Nırkovo qəsəbələrində 4 silah-sursat anbarının məhv edildiyini söyləyən Konaşenkov, Rusiya hava döyüş taktiki bölmələrinin 6 komandanlıq mərkəzi, 1 rabitə mərkəzi, 4 sursat anbarı, 2 Grad çoxlüləli reaktiv yaylım atəşi batareyası və 50 hərbi bölgəni məhv etdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az