Ukrayna Ərdoğanın təklifinə cavab verdi

23:33 - 29 May 2022

Ukrayna Ərdoğanın təklifinə cavab verdi

Rəsmi Kiyev Türkiyə Prezidenti Ərdoğanın ukraynalı və rusiyalı həmkarları Volodimir Zelenski və Vladimir Putini birgə konfransa dəvət etməsinə ilkin razılığını verib.

Bu barədə Manset.az “Strana.ua”ya istinadən xəbər verir. Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Kiyev Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır.

"Bu nə dərəcədə doğrudur, onu deyə bilmərəm – həmin razılaşmalar Türkiyə və Rusiya prezidentləri arasında olub. O ki qaldı Ukrayna Prezidenti Ofisinin mövqeyinə, əgər Rusiya Prezidenti buna razılıq versə, biz də buna baxacağıq”, - Nikiforov bildirib.

Qeyd edək ki, hələlik Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinlə Ərdoğanın ikitərəfli danışığını təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az