ÜST meymunçiçəyi xəstəliyinin yayılma riskini qiymətləndirdi

00:57 - 30 May 2022

ÜST meymunçiçəyi xəstəliyinin yayılma riskini qiymətləndirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda qlobal səviyyədə meymunçiçəyi xəstəliyinin yayılma riskini orta dərəcədə qiymətləndirir, lakin vəziyyətin daha da pisləşə biləcəyini istisna etmir.

Bu barədə Manset.az xarici mətbuata istinadən xəbər verir.

Mayın 26-na olan məlumata görə, ÜST-də 257 laboratoriyada təsdiqlənmiş və meymunçiçəyi xəstəliyinə dair 120 şübhəli məlumat var. Qeyd olunur ki, təşkilata ölüm faktı daxil olmayıb.

Hazırda qlobal səviyyədə ümumi ictimai sağlamlıq riski orta səviyyədə qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az