Nepalda təyyarə dağa çırpıldı - sərnişinlər öldü

09:34 - 30 May 2022

Nepalda təyyarə dağa çırpıldı - sərnişinlər öldü

Nepalda təyyarə qəzası baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən baş vermiş qəza nəticəsində göyərtədəki 22 sərnişinin hamısı həlak olub. Ölənlərdən 14-nün cəsədi tapılıb. Hazırda digərlərinin axtarışları davam etdirilir. 

Qeyd edək ki, təyyarə Poxara hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qəzaya uğradığı iddia edilən yerə axtarış etmək üçün helikopter göndərilib, lakin əməliyyat əvvəlcə pis hava şəraiti, daha sonra isə gecə olması səbəbindən dayandırılıb. Məlum olub ki, təyyarə dağa çırpılıb və parçalanıb. 

Qəzaya uğrayan təyyarənin ekipajında üç nəfər olub. Sərnişinlər arasında 16 Nepal, 4 Hindistan, 2 Almaniya vətəndaşı olub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az