Əgər qohumlarımdan kimsə qanunu pozmaq üçün mənim adımdan istifadə edərsə, o, mütləq məsuliyyətlə cəlb edilməlidir.
Manset.az xəbər verir ki, bu sözləri Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev deyib.
O bildirib ki, illərdir Qazaxıstanda hüquqi dövlət quruculuğu aparılır:
“Hüquqi dövlətin əsası budur ki, qanun hamı üçündür. Əgər hansısa qohumum mənim adımdan qanunu pozmaq üçün istifadə edərsə, o, müfaviq məsuliyyət daşımalıdır”.
Nazarbayev həmçinin günahın məhkəmədə sübut olunmalı olduğunu bildirib:
“Unutmayın ki, hər kəsin qanuni müdafiə olunmaq haqqı var”.