Rusiyada hərbi komissarlığı yandıran şəxs saxlanıldı - VİDEO

14:14 - 30 May 2022

Rusiyada hərbi komissarlığı yandıran şəxs saxlanıldı - VİDEO

Rusiyanın Udmurtiya Respublikasında hərbi komissarlığı və çağırış məntəqəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Manset.az xəbər verir ki, istintaq orqanlarının suallarını cavablandıran İlya Farber adlı kişi hərəkətlərini sadəcə olaraq nəyə qadir olduğunu yoxlamaq məqsədilə atdığını bildirib.

Qeyd edək ki, İlya Farber rəssamdır və Tver vilayətində kənd məktəbinin müəllimi, mədəniyyət evinin direktoru kimi fəaliyyət göstərib. Onun haqqında başlanılan səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqla bağlı cinayət işi böyük əks-səda yaratmışdı. Belə ki, Tver vilayət məhkəməsinin İ.Farberə səkkiz illik həbs cəzası ictimaiyyətin narazılığından sonra Ali Məhkəmə tərəfindən ləğv olunmuşdu.

Xatırladaq ki, Rusiyada Ukraynaya qarşı müharibə başlayandan bəri bu ölkədə 12 hərbi çağırış məntəqəsi yandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az