Xersonda rubl dövriyyəyə buraxıldı

14:54 - 31 May 2022

Xersonda rubl dövriyyəyə buraxıldı

Ukraynanın Xerson vilayətində rubl tam dövriyyəyə buraxılıb.

 

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Onun sözlərinə görə, mayın 30-dan etibarən vilayət ərazisində bütün mağazalarda rubl və qrivna ilə alış-veriş etmək tələb olunur. 

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Vilayət mayın 28-i Moskva vaxtına keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az