Rusiyalı hərbçilər “Azovstal”da 152 ukraynalının cəsədini aşkar etdi

16:20 - 31 May 2022

Rusiyalı hərbçilər “Azovstal”da 152 ukraynalının cəsədini aşkar etdi

Rusiyalı hərbçilər Mariupoldakı “Azovstal” zavodunun zirzəmisində içərisində 152 ukraynalı hərbçinin cəsədi olan furqon aşkar edib.

 

Manset.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, rusiyalı hərbçilər furqona baxış keçirərkən cəsədlərin altında yerləşdirilən 4 mina aşkar edib.

Konaşenkov qeyd edib ki, “Azov” alayının əsir götürülən döyüşçüləri dindirilmə zamanı bildiriblər ki, sözügedən minalar Kiyevin birbaşa göstərişi əsasında yerləşdirilib.

General-mayor, həmçinin söyləyib ki, bu təxribatın məqsədi Rusiyanı ukraynalı hərbçilərin cəsədlərini bilərəkdən məhv etməkdə təqsirləndirmək olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az