Zelenski daha bir azərbaycanlı hərbçini təltif etdi - FOTO

10:03 - 01 İyun 2022

Zelenski daha bir azərbaycanlı hərbçini təltif etdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə Silahlı Qüvvələrinin əslən azərbaycanlı olan daha bir hərbçisini təltif edib.

 

Manset.az Report-a istinadla xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilib.

O, Zaporojye istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

Qeyd edək ki, əslən azərbaycanlı olan Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub. O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.

Zelenski daha bir azərbaycanlı hərbçini təltif edib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az