ABŞ Şimali Koreyanın yeni nüvə sınağı keçirəcəyi təqdirdə ona qarşı əlavə sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ, Cənubi Koreya və Yaponiya rəsmiləri tərəfindən verilən açıqlamada Şimali Koreyanın təxminən 5 ildən sonra ilk nüvə sınağını tezliklə həyata keçirə biləcəyi bildirilib.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Linda Tomas-Qrinfild Şimali Koreyaya qarşı hazırda qüvvədə olan sanksiyaların tətbiq edilməli olduğunu vurğulayıb.
O, əgər Şimal növbəti nüvə sınağı keçirsə, “Biz bu son qətnamədə cəhd etdiyimiz kimi, mütləq əlavə sanksiyalara təkan verəcəyik" deyib.