“Ukrayna artıq Aİ-nin de-fakto üzvüdür” - ZELENSKİ

14:50 - 02 İyun 2022

“Ukrayna artıq Aİ-nin de-fakto üzvüdür” - ZELENSKİ

“Ukrayna artıq özünü Avropa İttifaqının bir hissəsi hesab edir”.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburq parlamentinə videomüraciətində deyib.

O, müraciətində Ukraynanın artıq Aİ-nin de-fakto üzvü olduğunu söyləyib: “Düşünürəmki, Ukrayna artıq öz hərəkətləri ilə Avropa meyarlarına uyğun olduğunu göstərir”.

Zelenski, həmçinin Rusiya Prezidenti Vladimir Putindən danışaraq bildirib: “Bu şəxsin Avropa dəyərlərini məhv etməsinə son qoyaq. Əgər biz birlikdə bu insanı dayandıra bilməsək, bu, artıq İkinci Dünya müharibəsində yaşadığımız qaranlıq saatlardır”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az