Zelenski Rusiyanın nəzarətinə keçən ərazilərin sayını AÇIQLADI

15:16 - 02 İyun 2022

Zelenski Rusiyanın nəzarətinə keçən ərazilərin sayını AÇIQLADI

“Rusiyanın Ukraynaya hücumu başlayandan bu günə qədər Rusiya qoşunları Ukraynanın 3 mindən çox yaşayış məntəqəsini işğal edib”.

 

Manset.az "RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburq siyasətçilərinə və xalqına müraciətində deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu sözügedən ərazilərin mindən bir qədər çoxunu azad edib: “Rusiya 3620 yaşayış məntəqəsinə daxil olub. Ukraynalı döyüşçülər 1017 yaşayış məntəqəni artıq azad edib. Daha 2603 ərazini isə azad etmək lazımdır”. 

Zelenski qeyd edib ki, bu gün Ukrayna ərazisinin təqribən 20%-i Rusiyanın nəzarəti altındadır. Bu isə demək olar ki, 125 min kvadrat kilometr edir: “12 milyona yaxın insan məcburi köçkünə çevrilib, 5 milyondan çox insan başqa ölkəyə gedib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az