Ağ Evlə anlaşmağa yaxınıq - Akar

15:53 - 02 İyun 2022

Ağ Evlə anlaşmağa yaxınıq - Akar

Türkiyə F-16 döyüş təyyarələrinin alınması ilə bağlı ABŞ-la müsbət danışıqlar aparır.

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“Həm Türkiyəyə gələn ABŞ nümayəndə heyəti ilə görüşlər, həm də Türkiyə nümayəndə heyətinin ABŞ-da Konqres üzvləri ilə təmasları müsbət nəticələr verib və danışıqların davam etdirilməsi üçün müsbət zəmin yaranıb”, - o bildirib.

Akar həmçinin qeyd edib ki, NATO-nun güclü olması üçün üzvlərinin güclü olması vacibdir:

“İnanıram ki, ABŞ administrasiyası bu məsələni diqqətdən kənarda qoymayacaq”.

Qeyd edək ki, Türkiyə öz donanması üçün 40 Blok 70 Viper F-16 döyüş təyyarəsi və 80-ə qədər təkmilləşdirmə dəsti almaq üçün Birləşmiş Ştatlara müraciət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az