Bu silah həyatımızı xilas edəcək! - ZELENSKİ

11:38 - 03 İyun 2022

Bu silah həyatımızı xilas edəcək! - ZELENSKİ

HIMARS sistemləri həqiqətən də insanlarımızın həyatını xilas etməyə və torpaqlarımız qorumağa yardım edəcək.

 

Manset.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Birləşmiş Ştatlar müxtəlif səviyyələrdə təsdiqləyib ki, Ukraynaya HIMARS yaylım atəşi raket sistemi göndərilir. Bu silah həqiqətən insanların həyatını xilas edəcək və torpaqlarımızı qorumağa yardım edəcək. Prezident Bayden, amerikalı dostlarımıza və ABŞ xalqına minnətdaram”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, ABŞ 700 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində Ukraynaya HIMARS sistemləri göndərdiyini elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az