Putin üçün hazırlanmış kəşfiyyat hesabatları ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Newsweek” həm hesabatlar, həm də hesabatlara çıxışı olan insanlar sayəsində Putinin gizli saxladığı həqiqəti üzə çıxarıb.
Milli Kəşfiyyat Direktorunun ofisinin rəsmisi "Putin tamamilə xəstədir" deyib.
Biri Müdafiə Kəşfiyyat Agentliyindən, digəri isə Hərbi Hava Qüvvələrinin təqaüdçü zabiti olan iki məmur Putinin səhhəti ilə bağlı geniş kəşfiyyat məlumatlarına çıxış əldə etdiklərini və Rusiya liderinin vəziyyətinin parlaq olmadığını bildirib.
Yüksək səviyyəli kəşfiyyat rəsmilərindən biri Putinin gücünün artıq olmadığını vurğulayaraq, “Kremldə hamı sonun yaxınlaşdığını hiss edir” deyib.
Rəsmilər Putinin getdikcə özünü təcrid etdiyi üçün etibarlı kəşfiyyata çıxışın çətinləşdiyini də bildiriblər.