Birlikdə voleybol izlədilər - Çavuşoğlu video paylaşdı

10:36 - 06 İyun 2022

Birlikdə voleybol izlədilər - Çavuşoğlu video paylaşdı

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Ankara İdman Salonunda FIVB Millətlər Liqasının dördüncü matçında Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləyib.

 

Manset.az xəbər veri ki, bu barədə M.Çavuşoğlu tviter hesabında Ceyhun Bayramovla birlikdə Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləməsi ilə bağlı paylaşım edib.

Çavuşoğlu azərbaycanlı həmkarı ilə birgə Türkiyə voleybolçularının matçını izləməsini əks etdirən videogörüntünü paylaşaraq yazıb:

“Azərbaycan xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət komandası) Ankarada qələbəyə səsləyirik. Finalda yenidən Ankarada görüşənədək”.

Qeyd edək ki, Türkiyənin qadın voleybolçulardan ibarət yığması Belçika millisini 3:1 hesabı ilə məğlub edib. Ceyhun Bayramov həmkarını Türkiyə yığmasının qələbəsi münasibətilə təbrik edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az