Dünyanın gözü bu ölkədədir – benzinin qiyməti bir anda düşə bilər

14:06 - 06 İyun 2022

Dünyanın gözü bu ölkədədir – benzinin qiyməti bir anda düşə bilər

Neft qiymətlərinin düşməsi üçün bütün diqqət Venesueladadır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya və Ukrayna arasında müharibədən sonra Rusiya neftinə alternativ axtarılmağa başlanılıb. 
Bununla bağlı olaraq, Venesuela ön plana çıxıb. 

Bütün ölkələr Venesueladan xoş xəbər gözləyir.

Uzun müddətdir Venesueladan neft idxalına qadağa qoyan bəzi ölkələr yenidən Nikolas Maduraya müraciət edib. 

Karakasa qarşı iqtisadi sanksiyaların yumşaldılması planının bir hissəsi olaraq, Birləşmiş Ştatlar neft şirkətlərinə orada fəaliyyət göstərmək üçün lisenziyalar verib.

Maduro bununla bağlı bu fikirləri bildirib: 

"Bir həftə əvvəl ABŞ neft şirkətləri qaz və neft hasilatı prosesinə başlamaq üçün lisenziya alıblar. Kiçik, lakin vacib addımlar atılıb ".
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az