İrəvanda polis zorakılığına qarşı etiraz aksiyası keçirilir

12:03 - 07 İyun 2022

İrəvanda polis zorakılığına qarşı etiraz aksiyası keçirilir

Ermənistan müxalifətinin nümayəndələri Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirir.

 

Manset.az xəbər verir ki, etirazçılar avropalı məmurların ölkə polisinin aksiyalar zamanı nümayiş etdirdikləri davranışa biganə qalmalarına öz etirazlarını bildirib.

Xatırladaq ki, artıq bir neçə aydır ki, Ermənistanda Baş nazir Nikol Paşinyan və cari hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az