Paşinyanla bağlı daha bir video yayıldı

09:48 - 08 İyun 2022

Paşinyanla bağlı daha bir video yayıldı

Ermənistanın Baş naziri Nikol Paşinyan daha bir açıqlaması ilə ölkəsində qalmaqala səbəb olub.

 

Manset.az xəbər verir ki, erməni teleqram kanallarında yayılan görüntülərdə Paşinyan özünü türk hesab etdiyini bildirib.

Belə ki, jurnalistlərdən biri Paşinyana “Özünüzü türk hesab edirsinizmi?” sualını ünvanlayıb. Paşinyan isə suala “Bəli, bəli” deyə cavab verib.

Qeyd edək ki, sözügedən videonun çəkildiyi tarix dəqiq açıqlanmasa da, sosial şəbəkələrin erməni seqmentində geniş yayılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az